Nazirlər Kabineti 3 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra ölkə Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi həyata keçirəcək.
***
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi qaydasına dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Belə ki, mövcud qanunvericiliyə əsasən, yuxarıda nəzərdə tutulan tədbirləri Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.
Yuxarıda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.
Əvvəlki il Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.
Yeni qərarla bu vəzifə və səlahiyyətlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də aid ediləcək.
***
Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.














