Nazirin toplantısı zamanı zəlzələ oldu – ANBAAN VİDEO

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraş şəhərində toplantı keçirən zaman zəlzələ olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar. Ardınca isə onlar binanı tərk ediblər.