Nazir Trampdan xəbərsiz qərar veribmiş – ABŞ-da qalmaqal

Nazir Trampdan xəbərsiz qərar veribmiş - ABŞ-da qalmaqal

ABŞ Müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü dayandırmaq qərarı barədə Tramp administrasiyasına məlumat verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər paylaşıb.

“Bununla bağlı ABŞ dövlət katibi Marko Rubio və prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa da məlumat verilməyib. Onlar qərarı mediadan öyrəniblər”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 2-də ABŞ Ukraynaya Patriot sistemləri, zenit-raket kompleksləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik artilleriya mərmilərinin çatdırılmasını dayandırıb. Məlumata görə, Pentaqonun Ukraynaya dəstək və Yaxın Şərqdəki əməliyyatlar səbəbindən tükənəcəyi ilə bağlı narahatlıqlar fonunda öz arsenallarını nəzərdən keçirir. Silahların bəziləri artıq Avropadadır, lakin onların Ukraynaya göndərilməsi ləngiyib.

Əliyar Xəlil
Globalinfo.az