mehdi abdullayev

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bundan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışacaq.

Hüquq üzrə elmlər doktoru olan Mehdi Abdullayev adıçəkilən ali təhsil müəssisəsinin Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri təyin edilib.

Əldə etdiyimiz məlumata görə, M.Abdullayevin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən ayrılması da elmi işlə məşğul olmaq istəyi ilə bağlıdır. O, işdən öz ərizəsi əsasında azad olunub və kafedra müdiri təyin edilib.

Qeyd edək ki, M.Abdullayevin digər valideyni də alimdir. Onun anası akademik Gövhər Baxşəliyeva AMEA-nın Şərqşünaslıq İnstitutunun baş direktoru və AMEA İctimai Elmlər Bölməsinin sədridir.

***12:00

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Globalinfo.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mehdi Kamal oğlu Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən öz arzusu ilə azad edilib.

Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə Nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur.

Paylaş: