Deputat bələdiyyələrlə bağlı problemi açıqladı

Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Siyavuş Novruzov deyib.

“Biz heç dotasiya və subvensiya verilmə layihəsini də görmürük. Belə fikir yaranır ki, bəzi bələdiyyə həmişə pul alır, amma bəziləri heç almır. Bu, Maliyyə Nazirliyinin səlahiyyətindədir. Bu məsələyə birlikdə baxmaq lazımdır. Layihələrə baxmaq və hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya, subvensiya vermək lazımdır”, – deyə Siyavuş Novruzov qeyd edib.