Nazir postundan gedən Çavuşoğlu indi hardadır? – VİDEO

Türkiyənin keçmiş xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlu doğulub boya-başa çatdığı Antalya vilayətinin Söbüçimən yaylasına yollanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Çavuşoğlu səfər zamanı qeydə alınan görüntüləri Tvitter səhifəsinə yerləşdirib.

Yaylaya səfəri zamanı Çavuşoğlu yerli camaatla görüşüb, göbələk, yarpız toplayıb.

Qeyd edək ki, Mövlud Çavuşoğlu yurduna böyük sevgisi ilə seçilən şəxslərdəndir. O, nazir olduğu vaxt da doğulduğu kəndə tez-tez gedir, bəzən məzuniyyətini orada keçirirdi.