Avropanın ən varlı adamının övladlarının miras davası

Avropanın ən varlı adamı daha iki oğlunu LVMH holdinqinə daxil olan “Louis Vuitton” və “Dior” şirkətlərinin direktorlar şuralarına təyin edib ki, bu da onlar arasında varislik uğrunda mübarizə deməkdir.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin məşhur “Thelegraph” qəzeti yazıb.

LVMH holdinqin sədri və baş direktoru Bernard Arnault oğulları Aleksandr və Frederikin şirkətin direktorlar şurasına daxil ediləcəyini və burada onun digər iki övladı, qızı Delfin və oğlu Antuan ilə birlikdə iştirak edəcəklərini söyləyib.

Fransız milyarder övladlarını potensial olaraq lüks bir imperiyaya rəhbərlik etmək üçün böyüdür.

“Thelegraph” yazır ki, Arnaultun beş övladının hər biri – dünyanın ən böyük lüks imperiyası olan LVMH holdinqin varisləri – atalarının idarə etdiyi konqlomeratda yerlərini tutmaq üçün çox çalışmalı olublar.

Holdinqə daxil olan lüks moda evləri Louis Vuitton və Christian Dior, zərgərlik brendi Tiffany’s və şampan istehsalçısı Moët & Chandon kimi bir neçə markanın adını çəkmək olar.

LVMH şirkətlər qrupu 344 milyard avro dəyərindədir ki, bu da onu Avropanın ikinci ən varlı holdin siyahısına daxil edir.

LVMH holdinqi 1989-cu ildən 74 yaşlı patriarx Bernard Arnault tərəfindən idarə olunur. İnsayderlər deyirlər ki, o, 2003-cü ildə qəfil ölümündən sonra eyniadlı sənaye imperiyası xaosa düçar olmuş fransız maqnatı Jean-Luc Lagardere ilə eyni aqibətdən qaçmaq üçün mirasının qorunduğundan əmin olmaq istəyir.

LVMH holdinqi 2022-ci ildə Bernard Arnaultun 75 deyil, 80 yaşına qədər sükan arxasında qalmasına icazə verən dəyişikliyə razı olub, yəni o, 2029-cu ilə qədər şirkəti idarə edə bilər. Ona görə də hakimiyyətin tezliklə transferi mümkün görünmür.

“Thelegraph” yazır ki, bu aralar patriarx öz övladlarını bir-birinə qarşı qoyur, məqsədi ən güclü varisi tapmağa çalışmaqdır.

“Övladlarımdan biri və ya bir neçəsi məndən sonra öz qabiliyyətinə, istedadına və həmçinin istəklərinə görə vəzifələri öz üzərinə götürəcək, çünki bunun ömürlük bir öhdəlik olduğunu başa düşməlidirlər”, – o deyib.

Bernard Arnault ayda bir dəfə uşaqlarını 90 dəqiqəlik nahara toplayır və onlara əvvəlcədən hazırladığı müxtəlif mövzular haqqında suallar verir.

“Thelegraph” yazır ki, illərdir ki, liderlik fərziyyələrinin çoxu Bernard Arnault övladlarının ən böyüyü, polad xasiyyəti ilə tanınan və atasının sevimlisi sayılan Delfinə yönəlib.

Keçən il o, LVMH-nin “Louis Vuitton”dan sonra ikinci ən böyük brendi olan “Christian Dior”un icraçı direktoru vəzifəsinə təyin edilib və əvvəllər baş direktor müavini olub.

Deyilənə görə, Bernardın ilk evliliyindən olan övladları Delfin və Antuan kiçik ögey qardaşlarına təvazökarlıq hissi aşılamağa çalışıblar.

Aleksandr, Frederik və Jan fransız milyarderin 1991-ci ildə evləndiyi kanadalı pianoçu Hélène Mercier ilə ikinci evliliyindən doğulublar.

Arnaultun beş övladının hamısının onun vəzifəsini tutmaq üçün mübarizə apardığı güman edilir. Amma bBəziləri bu vəzifə ilə digərlərindən daha çox maraqlanır.