Nazir müavini pensiyaların artımından danışdı

“Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

“Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib”, – nazir müavini bildirib.

Ayşən Mustafa
Globalinfo.az