1772308447 1763296327 netanyahu 900x506 2

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda yerləşən strateji Bofor qalasının nəzarətə götürülməsini ölkəsinin “Hizbullah”a qarşı siyasətində önəmli mərhələ kimi dəyərləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Netanyahu İsrail qüvvələrinin bölgəyə əvvəlkindən daha güclü şəkildə qayıtdığını bəyan edib.

Baş nazir bildirib ki, İsrail ordusunun Livanın cənubunda irəliləməsi və strateji yüksəkliklər üzərində nəzarəti ələ alması ölkənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Bofor qalasının tutulması “Hizbullah”a qarşı aparılan əməliyyatlarda ciddi dönüş nöqtəsi hesab oluna bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: