Nazir BƏƏ prezidenti ilə görüşdü – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfərdə olan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 11-də bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi mətbu orqanı Əmirlik Xəbər Agentliyi (WAM) məlumat yayıb.

“Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün Əbu-Dabidə Qəsr Əl-Bəhrdə (Dəniz Qəsri – red.) Azərbaycan Respublikasının daxili işlər naziri Zati-aliləri Vilayət Eyvazovu qəbul edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Vilayət Eyvazov BƏƏ liderinə Azərbaycan Prezidenti İlham Əliyevin “BƏƏ-yə davamlı çiçəklənmə və tərəqqi, habelə BƏƏ və Azərbaycan arasında münasibətlərin inkişafını” arzularını çatdırıb.

Görüşdə “ikitərəfli əlaqələr və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq müzakirə edilib”.