Nazim Abbasov vəzifəsindən azad edildi

Nazim Abbasov vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə nazir Fərid Əhmədov Əmr imzalayıb.

N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə ədliyyə nazirinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi.