nazarbayev

Xəbər verdiyimiz kimi, Qazaxıstanda yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumunda səsvermə keçirilir.

Globalinfo.az xəbər verir ki, səs verənlər arasında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev də olub.

Onun səsvermə məntəqəsindəki görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Belə ki, səs verənlər arasında ona xoş sözlər deyənlər olub. Bir neçə nəfər sabiq prezidenti çağıraraq sual vermək istədiklərini bildirib.

Nazarbayev isə üzünü həmin şəxslərə tutaraq əl işarəsi ilə “buyurun” deyib.

Orada olan qadınlardan biri isə uca səslə “Nazarbayev, biz sizin üçün bura gəlmişik”, deyə qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: