Naxçıvanlı deputat uçuşların təxirə salınmasından danışdı

Son vaxtlar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin təxirə salınması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Burada qaranlıq məqamların olduğunu deyən bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, aviareyslərin təxirə salınması Naxçıvan Muxtar Respublikasında baş verən son proseslərlə əlaqəlidir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan naxçıvanlı millət vəkili Fazil Mustafa yayılan şayiələrin əsassız olduğunu deyib.

O bildirib ki, uçuşların təxirə salınması hava şəraiti ilə əlaqədardır:

“Başqa heç bir səbəb yoxdur. Bizim də qohumlarımız Bakıya gəlməlidir, lakin orada qalıblar. Hazırda hava şəraitinə görə belə bir problem yaşanır. Hava şəraiti normallaşan kimi uçuşlar bərpa ediləcək”.

Zaira Akifqızı
Globalinfo.az