Naxçıvanın qərbində “ərazi kompensasiyası” oldu – Sırada Zəngəzur var?

Naxçıvanın qərbində “ərazi kompensasiyası” oldu - Sırada Zəngəzur var?

Ermənistanın işğal faktoruna görə Azərbaycana maddi təzminat əvəzində ərazi verməsi məsələsi yenidən aktuallaşıb. Hətta rəsmi Bakının bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edəcəyi deyilir.

İrəvan üçün hansı daha məqbuldur: maddi təzminat, yoxsa torpaq kompensasiyası?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, sülh danışıqlarının hazırkı mərhələsində bunların müzakirə edildiyini düşünmür:

“Çünki bu, mübahisəli məsələdir. Ümumiyyətlə, qaldırılan iddialara nə qədər obyektiv baxılacağı da sual altındadır. Buna görə indiki məqamda bu haqda danışmaq üçün tezdir. Danışıqlar irəlilədikcə,, razılaşdırılmayan məqamlar həllini tapdıqca bu məsələyə qayıtmaq olar.

Naxçıvanın qərbində “ərazi kompensasiyası” oldu - Sırada Zəngəzur var?

Hikmət Babaoğlu

Şübhəsiz ki, maddi təzminat əvəzinə torpaq kompensasiyası mümkündür. Torpaq əvəzlənməsi müxtəlif dövrlərdə həyata keçirilib. Türkiyə qurularkən İranla belə bir razılıq olub. Hansı ki, bu torpaq mübadiləsi nəticəsində Türkiyə ilə Naxçıvan-İqdır istiqamətində sərhədimiz var”.

Turan Rzayev
Globalinfo.az