Naxçıvanın daha bir qurumunda yoxlama aparılır

Naxçıvanın daha bir qurumunda yoxlama aparılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

Globalinfo.az bildirir ki, Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-ya təsdiq edib. O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır. Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə etməklə, 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək keçiriləcək.