Naxçıvanda Zəfər Günündə möhtəşəm atəşfəşanlıq – FOTO

Naxçıvanda Zəfər Günündə möhtəşəm atəşfəşanlıq olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında konsert təşkil edilib, eyni zamanda möhtəşəm atəşfəşanlıq olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri iştirak ediblər.