Azərbaycanla Litva əməkdaşlığın prioritetlərini müəyyən ediblər – İlham Əliyev

“Azərbaycan və Litva əməkdaşlığın prioritetlərini müəyyən ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.

Onun sözlərinə görə, prioritetlər iki həftə əvvəl keçirilən hökumətlərarası komissiyanın iclasında müəyyən edilib.