Naxçıvanda talıbovçular təxribata başladı: Tanınmış jurnalist kartları açdı

“Naxçıvanda Ali Məclisdə kök salıb qalan, Xalq artisti Həsən Ağasoyun da dediyi kimi, Naxçıvanda bu dəqiqə ən təhlükəli adam olan Azər Zeynalov və Vasif Tallıbovun əlinə çörək verdiyi NTV rəhbəri Sahil Tahirli Muxtar Respublikada medianın fəaliyyətinə müdaxilə etməyə başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Baku TV-nin İctimai-Siyasi Şöbəsinin rəhbəri Tural Müseyibov deyib.

O bildirib ki, S.Tahirli və A.Zeynalov ciddi cəhdlə çəkilişlərə mane olur, hətta Cənab Prezidentin səlahiyyətli nümayəndəsinin iştirak etdiyi bir çox tədbirlər üçün xüsusi mobil qrup yaratmağa çalışırlar:

“Məqsədləri jurnalistləri idarə etməkdir. Hətta bizim müxbirin (Baku TV-nin əməkdaşı-red.) yeni təyinatlarla bağlı xəbər yaymasına da mane olmaq istədilər. Biri o Azər Zeynalova başa salsın ki, qatar gedib.

Tanınmış jurnalist Tural Müseyibov şirkətə direktor təyin edildi - VİDEO | Mediapress.az

Sahil müəllim də bilsin ki, camaat onun kimi Vasif Talıbova şeir yazıb sonra çıxıb əleyhinə danışan tipin ağlında deyil. Getsin yeni şeirlər yazsın. Bütün xəbərləri də idarə etmək xülyasından əl çəksin. Abır-həya yaxşı şeydir. Yoxdursa borc alsın!”

Globalinfo.az xatırladır ki, Vasif Talıbov vəzifədən çıxdıqdan sonra bir çoxları onun muxtar respublikada əsas admı olan Azər Zeynalovun vəzifədə qalmasını təhlükəli tendensiya kimi qiymətləndirmişdi. Həmçinin NTV rəhbəri Sahil Tahirlinin də haqqında maraqlı xəbərlər yayılmışdı. Onun bir vaxtlar Vasif Talıbovla çəkdirdiyi şəkilləri hər yerdən sildiyi deyilirdi. Bu barədə təxminən 10-15 gün öncə Globalinfo da eksklüziv xəbər yaymışdı.

Zaira Akifqızı
Globalinfo.az