Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazirinin vəzifələrini müvəqqəti cra edən Həsən Kərimov işdən azad olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.

Digər sərəncamla Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini təyin edilib. O, eyni zamanda nazirini vəzifələrini də müvəqqəti icra edəcək.