Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib – FOTO

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Naxçıvanda 74 tona yaxın  çətənə bitkisi məhv edilib