Bu universitetə yeni rektor təyin edildi – FOTO

Bu universitetə yeni rektor təyin edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan “Naxçıvan” Universitetinə yeni rektor təyin edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Məlumatı universitetin Mətbuat Xidməti “Report”a təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Bu universitetə yeni rektor təyin edildi - FOTO