Navalnıya görə Rusiyaya ilk zərbə gələ bilər

Britaniya rusiyalı siyasətçi Aleksey Navalnının ölümünə görə Moskvaya fərdi sanksiyaların tətbiqini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

“Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlərə baxırıq”, – Kemeron bildirib.

Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.