Putin Navalnıdan danışdı: “Təklif etdilər, razılaşdım”

“Mən Aleksey Navalnının Qərb ölkələrində həbsdə olan bir neçə şəxslə dəyişdirilməsi təklifini qəbul etmişdim”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

Rusiya Prezidenti bu təklifin Navalnının ölümündən bir neçə gün əvvəl müzakirə olunduğu bildirib:

“Mənə inana, yaxud inanmaya bilərsiniz. Amma mənə Navalnının ölümündən bir neçə gün əvvəl Qərb ölkələrində həbsdə olan bir neçə şəxsin onunla dəyişdirilməsi təklifi barədə məlumat verildi. Mən həmin şəxs təklifi səsləndirəndə hələ sözünü bitirməmiş qəbul etdim”.

Xatırladaq ki, Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnı fevralın 16-da saxlanılıb.

Ayşən Mustafa
Globalinfo.az