Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından biri olan İturupa səfəri qısa müddətdə Yaponiyada rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, hətta bu barədə məlumatlar trend mövzular arasında birinci yerə çıxıb.
İlk yarım saat ərzində istifadəçilər mövzu ilə bağlı 2 mindən çox paylaşım və şərh yazıblar.
Onlar Tokio hökumətindən sərt reaksiya tələb edib, hakimiyyəti zəiflikdə günahlandırıb və adanın Yaponiyaya qaytarılması məsələsini yenidən gündəmə gətiriblər.
Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi artıq Putinin bu addımına etiraz edildiyini deyib.
Xatırladaq ki, Putin avqustun 13-də İturup adasına səfər edib. Rusiya liderinin səfəri çərçivəsində “Yasnıy” balıq emalı müəssisəsinə baş çəkdiyi, zavodun fəaliyyəti ilə tanış olduğu, yerli kürüdən daddığı və müəssisənin əməkdaşları ilə görüşdüyü bildirilir. Bu, Putinin Kuril adalarına ilk səfəridir.
Əliyar Xəlil
Globalinfo.az