“Rusiya hakimiyyəti həyat yoldaşımın cəsədini gizlədir, bədənindən zəhər izlərinin yoxa çıxmasını gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya həbsxanasında qəfil ölən müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yulia Navalnı deyib.
O, həyat yoldaşının yenidən “Noviçok”la zəhərləndiyini iddia edib.
“CNN İnternational” Rusiya kəşfiyyatının 2020-ci ildə “Noviçok” zəhərini A.Navalnının alt paltarına yerləşdirərək onu zəhərlədiyini yazır. Məlumata görə, Navalnı həmin vaxt Almaniyada müalicə alıb və 2021-ci ildə Rusiyaya qayıdıb.
Qeyd edək ki, “Noviçok” 1980-ci illərdə hazırlanıb. Zəhərin Soyuq müharibə zamanı Sovet İttifaqı tərəfindən gizli şəkildə ABŞ-ın kimyəvi silahlarına qarşı mübarizə vasitəsi kimi yaradıldığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














