NATO Ukraynaya qoşun yeridəcək? – Stoltenberqin cavabı

“NATO Ukraynaya qoşun yeritməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO münaqişənin bir hissəsinə çevrilmək niyyətində deyil.

“NATO münaqişənin tərəfi deyil və olmayacaq. NATO Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun yeritmək planımız yoxdur. Üstəlik, rəsmi Kiyevdən belə müraciət daxil olmayıb. Amma özünümüdafiə qanuni yoldur. Bizim isə Ukraynanı dəstəkləmək hüququmuz var”, – deyə Stoltenberq vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az