NATO Rusiya ilə bunu müzakirə etməli idi – Siyarto

NATO Rusiya ilə bunu müzakirə etməli idi - Siyarto

Əgər NATO 2021-ci ildə Rusiya ilə təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini müzakirə etsəydi, o zaman indiki vəziyyət baş verməzdi. 

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə müsahibəsində deyib.

“Və bəlkə də indi dediklərimin mənası yoxdur, amma istərdim ki, bu dialoqlar baş tutsun.

Çünki onlar baş versəydi, indiki vəziyyətimizdə olmaya bilərdik”, – nazir vurğulayıb.