NATO qırıcıları Rusiya təyyarələrini hədəfə aldı: Latviya ilə sərhəddə İNSİDENT

NATO qırıcıları Rusiya təyyarələrini hədəfə aldı: Latviya ilə sərhəddə İNSİDENT

NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Macarıstanın “JAS-39 Gripen” qırıcıları Rusiyanın 5 hərbi təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

Globalinfo.az xəbər verir ki, hadisə Baltik dənizi üzərində, Latviya sahilləri yaxınlığında baş verib.

Qərb mənbələrinin məlumatına görə, Rusiya təyyarələrinin beynəlxalq uçuş qaydalarına əməl edib-etmədiyi hələ dəqiqləşdirilməyib.

Litvanın Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları təyyarələri vizual olaraq müəyyənləşdirib və onlar NATO məsuliyyət zonası tərk edənədək müşayiət ediblər.

Məlumata görə, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da hadisənin ciddiliyini göstərir. Bu, son bir həftədə qeydə alınan ikinci oxşar insidentdir.

Qeyd edək ki, sentyabrın 23-də də Rusiya təyyarəsi Litva sərhədi yaxınlığında müşayiət edildikdən sonra kursunu dəyişmişdi.

Tahir Turan
Globalinfo.az