NATO Ukrayna ilə bağlı mühüm qərar qəbul etdi

İspaniyanın “El Pais” qəzeti məlumat yayıb ki, NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır.

Məlumata görə, Avropa Birliyinin missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub.

Məqsəd Ukrayna qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır. Alyans üzvləri indi proqramın təfərrüatını yekunlaşdırırlar.

Qəzet bildirib ki, hazırda NATO müttəfiqləri təşəbbüsün necə maliyyələşdiriləcəyini və hansı növ təlimçilərin cəlb olunmasını müzakirə edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Ukraynanın NATO-ya üzvlüyü prosesi faktiki olaraq hələ də mümkün görünmür:

“Hətta mediada yayılan məlumatlara əsasən ABŞ alyansın yubiley sammitində Ukraynaya dəvət göndərməyəcək. Lakin Qərb ölkələri hər şeyə rəğmən Ukraynaya hansısa status verməli, Ukraynanın inteqrasiyası üçün səylərini davam etdirməlidirlər.

Consequences of the War in Ukraine: NATO's Future | RAND

Qərb Ukraynaya nə birbaşa 5-ci maddə təminatı verməyə hazırdır, nə də ondan imtina etməyə. Rusiya ilə iki ilə yaxındır cəsarətlə döyüşən Ukraynadan tam imtina Qərbin imicinə zərbə endirə bilər, lakin onu üzv etmək də indiki situasiyada Rusiya ilə birbaşa konflikt yarada bilər. Görünür, Qərb Ukraynaya təminat verib Rusiya nəzarətində olan əraziləri de-fakto tanıya bilər.

Nəzərə almaq lazımdır ki, gələn il Donald Trampın ABŞ-da hakimiyyətə qayıtmaq ehtimalı da Ukrayna ilə bağlı vahid mövqeyin olmamasına işarədir. ABŞ həm Avropanın öz təhlükəsizliyi özünün təmin etməsini istəyir, həm də oranı özünün nəzarətində saxlamağa çalışır. Tramp bütün diqqətini Şərqi Asiyaya yönəltmək istəyir. Avropa Birliyinin təhlükəsizliyini özünün təmin etməsində maraqlıdır.

NATO mərkəzi Ukrayna ordusunu itirməmək, ona dəstəyi davam etdirmək, habelə Aİ-nin şərq cinahında Rusiyaya qarşı Kiyev-Varşava ittifaqını gücləndirməyə çalışacaq. Bütün bunlar, məncə, Ukraynaya qarşı ümumi kompleks yanaşmanın məntiqi davamıdır”.

Turan Rzayev
Globalinfo.az