“Onlar (NATO ölkələri) yavaş-yavaş ölkəmizi yeni Ukraynaya çevirirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen yazıb.
Professor bunu NATO-nun Finlandiya və Polşanın Rusiya ilə sərhədboyu ərazilərini minalamağa hazırlaşması və yeni “dəmir pərdə” yaratması haqda xəbərlər fonunda qeyd edib. Bildirilir ki, Finlandiya, Estoniya , Latviya, Litva və Polşa piyada əleyhinə minalardan istifadəni qadağan edən 1997-ci il Ottava Konvensiyasından çıxıblar.
Bundan başqa, NATO mənbələrinin məlumatına görə, Britaniya, Norveç və İsveç öz qoşunlarını Finlandiyanın Laplandiya bölgəsində yaradılacaq döyüş briqadasına göndərəcəklər.
T.Malinen bunun Finlandiya üçün təhlükəli olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az














