NATO ölkəsindən Rusiya ilə bağlı gözlənilməz çağırış

NATO ölkəsindən Rusiya ilə bağlı gözlənilməz çağırış

Qərb ölkələri Rusiyanın yeni sərhədlərini tanımalıdır, çünki bu, Ukraynadakı münaqişənin həllinə kömək edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armand Mema deyib.

“Sülh təmin edilərsə, sərhədlər yenidən müəyyən oluna bilər. Kosovo yaxşı nümunədir. Kosovonun yeni sərhədlərini tanımaq bizim üçün ikiüzlülükdür. Amma nədənsə Rusiya eyni şeyi rusdilli əhalini qorumaq üçün edəndə biz bunu rədd edirik”, – siyasətçi qeyd edib.

Mema vurğulayıb ki, Qərb Kosovonu nümunə götürməli və Rusiya üçün də eyni yanaşmanı mənimsəməlidir.

Əliyar Xəlil
Globalinfo.az