“Finlandiya Ukraynaya dəstəyi artırdığı üçün təhlükəli dövrlərlə üzləşir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib.
“Finlandiya Prezidenti Aleksandr Stubb dron hadisələrini tamamilə görməzdən gələrək, Rusiyaya qarşı müharibədə Ukraynaya açıq şəkildə hərbi dəstəyin artırılmasına çağırır. Ölkəmizi çox təhlükəli mərhələ gözləyir”.
Qeyd edək ki, ötən günlərdə A.Stubb Ukrayna prezidenti ilə telefon danışığı zamanı cəbhədəki vəziyyəti və Zelenskinin Fars körfəzi ölkələrinə son səfərini müzakirə edib.
Əliyar Xəlil
Globalinfo.az