liv

İsrail ordusu Livanın paytaxtı Beyruta raket zərbələri endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“İsrail müdafiə ordusu Beyruta yüksək dəqiqlikli raketlərlə zərbələr endirib”, – məlumatda qeyd olunub.

Məlumata görə, zərbələr nəticəsində Hizbullahın xüsusi əməliyyatlarına rəhbərlik edən İbrahim Aqil adlı lideri öldürülüb.

İsrail mətbuatının məlumatına görə, İbrahim Aqil Hizbullahın 3-cü şəxsi hesab olunurdu.

ABŞ hökuməti onun başına 7 milyon dollar mükafat təyin etmişdi.

***17:24

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı bildirilir.

Aviazərbə nəticəsində 5 nəfər ölüb.

Paylaş: