rusiya qiricilari

Polşa və müttəfiq hava qüvvələrinə məxsus qırıcılar Rusiyanın Ukraynadakı fəaliyyəti səbəbindən havaya qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X-də məlumat yayıb.

Bundan əlavə, Polşanın yerüstü hava hücumundan müdafiə və radar aşkarlama sistemləri həyəcan siqnalı verilib.

Daha əvvəl Polşada “döyüş təlimi” keçmiş üç nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılmışdı.

Onların ölkədə kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları, xüsusən də NATO qoşunlarının Polşada yerləşdirilməsi barədə məlumat topladıqları güman edilir.

Əliyar Xəlil
Globalinfo.az 

 

Paylaş: