Nyu-Yorkda hava limanlarının fəaliyyəti dayandırıldı

Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-York şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az “Reuters”ə istinadən xəbər verir ki, Nyu Yorkda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlardan sonra  iki hava limanının fəaliyyəti dayandırılıb. Hava limanlarının texniki vəziyyətin monitorinqi məqsədi ilə fəaliyyətlərinin dayandırıldığı bildirilib.

Qeyd edilib ki, ümumilikdə 286 reys təxirə salınıb.