Ukrayna–Rusiya münaqişə Aİ və NATO ölkələrinin təhlükəsizliyinə təhdid yaratmır və hərbi əməliyyatlara cəlb olunmaq üçün əsas olmamalıdır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O qeyd edib ki, avropalı siyasətçilərin Ukraynanın Rusiya ilə münaqişədə Avropanın təhlükəsizliyini müdafiə etməsinə dair bəyanatları ilə razılaşmır:
“Aİ və ya NATO üzvü olan Avropa ölkələrinin təhlükə altında olması böyük siyasi yalandır.
Bunu onların təhlükəsizliyi üçün real təhlükə kimi görmürəm.
Onlar bizə hücum etmirlərsə, deməli bu bizim deyil, Ukraynanın müharibəsidir, ona görə də bizim üçün döyüşmürlər”.














