İranda rejim dəyişikliyi NATO-nun Haaqada keçiriləcək sammitində gündəmə gətirilə bilər, lakin İranın müzakirəsi rəsmi proqrama daxil edilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Mart Rutte məlumat yayıb.
Sammit öncəsi keçirilən mətbuat konfransında “İranda rejim dəyişikliyini yaxşı fikir hesab edirsinizmi?” sualına Baş katib “Mən böyük məmnuniyyətlə bu suala cavab verərdim, lakin şəxsi fikirlərimi özümə saxlamalıyam” deəy cavab verib.
“NATO ölkələrinin bir məsələni müzakirəyə çıxarmayacağı o demək deyil ki, onun ayrı-ayrı üzvləri də bunu iyunun 25-də müzakirə etməyəcək”, – Rutte deyib.
Qeyd edib ki, NATO sammiti 24-25 iyunda Haaqada keçiriləcək. İyunun 25-də sammitin plenar iclası təşkil ediləcək.
Aysel Əliyeva
Globalinfo.az














