NATO generalları Ukraynanı müzakirə edəcək

NATO generalları Ukraynanı müzakirə edəcək

NATO rəsmiləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Görüş yanvarın 18-19-da Brüsseldə baş tutacaq. NATO-nun Hərbi Komitəsinin iclasında Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri Kiyevə yardımın davam etdirilməsini müzakirə edəcəklər.

İclasda NATO-nun 30 ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə yanaşı, İsveç və Finlandiyadan olan həmkarları da iştirak edəcək.