Rusiya-Ukrayna müharibəsi başa çatır? – NATO-dan proqnoz

Rusiya-Ukrayna müharibəsi başa çatır? - NATO-dan proqnoz

NATO rəsmilərinin fikrincə, Rusiya iqtisadiyyatı Ukraynada aparılan müharibəni ən azı daha bir neçə il, o cümlədən 2027-ci ilə qədər maliyyələşdirmək imkanına malikdir.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” telekanalı alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Alyans nümayəndələri qeyd ediblər ki, daxili iqtisadi və sosial çətinliklərin artmasına baxmayaraq, Moskvanın müharibə üçün resursları tükənməyib.

NATO-nun yüksək rütbəli rəsmilərindən biri “BBC” ilə söhbətində bildirib ki, Qərbin diplomatik səyləri hələlik Ukraynadakı münaqişənin sona çatmasına təsir etməyib.

Eyni zamanda, alyans rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiya müdafiə-sənaye kompleksi artıq imkanlarının həddində çalışır və bu səbəbdən silah istehsalının daha da artırılması mümkün deyil.

Aysel Əliyeva
Globalinfo.az