Biz Ukraynada uzun müddət davam edən müharibəyə hazırlaşmalıyıq.
Globainfo.az Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Funke” media qrupuna müsahibəsində deyib.
“Müharibələrin çoxu ilk başladığı zaman gözlənildiyindən daha uzun sürür”, – o bildirib.
O qeyd edib ki, NATO ölkələri sülh istəyir: “Biz hamımız tezliklə sülh istəyirik, lakin eyni zamanda etiraf etməliyik ki, prezidenti Zelenski və ukraynalılar döyüşləri dayandırsalar, onların ölkəsi artıq mövcud olmayacaq”.
Stoltenberq vurğulayıb ki, prezident Putin və Rusiya silahı yerə qoysa, sülh əldə ediləcək”.
Baş katib Ukraynanın nə vaxtsa NATO-da olacağına şübhə etmədiyini vurğulayıb.