NATO-da dəyişiklik: Tramp liderləri buna məcbur edəcək

NATO-da dəyişiklik: Tramp liderləri buna məcbur edəcək

“ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasındakı münaqişəni NATO-nun Haaqa sammitinin əsas mövzularından birinə çevirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti rəsmilərə istinadən yazıb.

Bildirilib ki, bu, tədbirin ilkin gündəliyindən fərqlidir.

“Sammitin əsas mövzusu NATO dövlətlərinin hərbi xərcləri olmalı idi. Lakin D.Tramp istiqaməti dəyişmək fikrindədir. O, Yaxın Şərqdəki vəziyyəti mühüm mövzuya çevirmək istəyir. Yəqin ki, mətbuat konfransının əhəmiyyətli hissəsi bu məsələyə həsr ediləcək”, – deyə əlavə olunub.

Qeyd edək ki, iyunun 24-dən 25-dək Haaqada NATO-nun sammiti keçirilir.

Əliyar Xəlil
Globalinfo.az