“Rusiya Ukraynada irəliləyiş ələ edib, lakin bu əhəmiyyətsizdir”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Ukrayna xalqını sındırmaq olmaz. Keçən həftə əsgərlərlə yenidən görüşdüm və onların gözlərində Rusiyaya qarşı mübarizəni davam etdirmək əzmini və şiddətini gördüm, baxmayaraq ki, Rusiya çox az uğur qazanır”, – deyə siyasətçi bildirib.
NATO-nun baş katibi əlavə edib ki, Kiyevin Qərb müttəfiqləri Ukraynanın təhlükəsizliyinə dair zəmanətlər üzərində işləməyə davam edir:
“Ümid edirəm ki, münaqişə tərəfləri yaxın gələcəkdə atəşkəsə nail ola biləcəklər”.
Əliyar Xəlil
Globalinfo.az