fitso 0

“Biz Ukraynaya 90 milyard avronun ayrılmasına razıyıq”.

Globalinfo.az xəbər  verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

O, ölkəsinin şərtini də açıqlayıb:

“Lakin Rusiyaya qarşı yeni sanksiyaları yalnız “Drujba” kəməri bərpa olunandan sonra dəstəkləyəcəyik.

Əgər kredit ayrılarsa və bir neçə gün sonra “Drujba” boru kəməri ilə neft tədarükü yenidən dayandırılarsa, Avropa İttifaqının (Aİ) necə davranacağını bilmirik.

Belə vəziyyətdə nə edəcəyimizi dəqiq demək çətindir, amma biz bu cür ssenariyə hazır olmalıyıq”.

Qeyd edək ki, bundan əvvəl Slovakiya Ukraynaya 90 milyard avronun ayrılmasına etiraz edirdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: