Quran kimi müqəddəs bir kitabın yandırılması utancverici hərəkətdir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
“Quranın yandırılmasının Türkiyədə ciddi reaksiyalara səbəb olması haqda barədə məlumatım var. Bu reaksiyaları başa düşürəm və sözügedən addımı qınayıram. İsveç hökumətinin bu və bu kimi əməllərin qarşısını alması zəruridir. Əlbəttə, utancverici, qeyri-əxlaqi və ya təxribatçı bütün davranışlar qeyri-qanuni deyil”, – o deyib.
Tamerlan Yayaqan
Globalinfo.az














