NATO Baş katibi: “Bu, Putin üçün bir siqnaldır”

“İsveçin NATO-ya daxil olması Putin üçün siqnaldır”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İsveçin NATO-ya üzv qəbul edilməsi Putin üçün alyansın qapılarının açıq olduğuna dair bir işarədir.

Qeyd edək ki, fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya üzv qəbul olunmasına icazə verən qanun layihəsini təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az