“Napoli”nin çempionluğuna Bakıdan reaksiya – FOTOLAR

"Napoli"nin çempionluğuna Bakıdan reaksiya - FOTOLAR

“Napoli”nin 33 illik çempionluq həsrətinə son qoyması dünyanın müxtəlif ölkələrində Maradonanın komandasının həvəskarlarını sevindirib.

Globalinfo.az bildirir ki, Azərbaycanda bir çox pərəstişkarlar sevinclərini bölüşüblər. Neapol-Bakı Assosiasiyasının üzvləri də “Napoli” komandasını təbrik edənlər sırasındadırlar.

Assosiasiyanın prezidenti Cüzeppe Kanilya və vitse-rezident Elnur Camalxanov da təbriklərini çatdırmaqla yanaşı təşkilatlarının Neapol klubu ilə Azərbaycan komandaları arasında əməkdaşlığa başlamaları üçün əllərindən gələni edəcəklərini deyiblər.

"Napoli"nin çempionluğuna Bakıdan reaksiya - FOTOLAR "Napoli"nin çempionluğuna Bakıdan reaksiya - FOTOLAR

Globalinfo.az