Məşhur rejissor əfsanəvi imperator haqqında serial çəkəcək

Məşhur amerikalı rejissor Stiven Spilberq Fransa imperatoru Napoleon Bonapart haqqında mini-serial çəkəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Deadline” qəzeti yazıb.

Bildirilir ki, Spilberq serialın çəkilməsində amerikalı prodüser Stenli Kubriklə əməkdaşlıq edəcək. Orijinal ssenari əsasında çəkiləcək və yeddi bölümdən ibarət olacaq serial HBO kanalında yayımlanacaq.

Məlumata görə, Spilberq ən azı 2013-cü ildən Napoleon layihəsi üzərində işləyir.