20:02
Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.
Globalinfo.az olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu – red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.
İlkin Şükürov hadisəni təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.
XXX
Namiq Qaraçuxurlunun köməkçisi İlkin Şükürov Teleqraf-a deyib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“Namiq Qaraçuxurlu Rusiyaya gedərkən təxminən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılıb. Mən isə 5 saat saxlanıldım. Lakin hazırda hər şey yaxşıdır və biz Rusiyadayıq”, – deyə meyxanaçının köməkçisi əlavə edib.














