“Müxalifət deputatlar mandatlarını tərk etsələr nə baş verəcək? – Surenyants açıqlayır

“Arxiyepiskop Baqrat Qalstanyan otuz illik mənəvi xidmətini qurban verib. Ona görə də bir mandat müxalifət deputatları üçün elə də böyük qurban deyil”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib.

“Müxalifət deputatları mandatlarını tərk etsələr, Ermənistanda hüquqi böhran yaşanmayacaq. Əksinə, bu, “Mülki Müqavilə”yə qarşı narazılığın və hətta nifrətin artmasına gətirib çıxaracaq. Çünki bütün hakimiyyət yalnız iqtidarın əlində cəmləşəcək. Təkpartiyalı parlamentin siyasi legitimliyi təmin edəcək qaynaqları yoxdur. Üstəlik, arxiyepiskop Baqrat otuz illik mənəvi xidmətini qurban verdi. Ona görə də bir mandat bizim dəyərli dostlarımız üçün o qədər də böyük qurban sayılmaz”, – deyə Surenyants vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az