10 min erməni Qarabağa dönəcəksə… – Deputatdan təklif

“35 ildir ki, Ermənistanda bir azərbaycanlı belə yaşamır. Amma ermənilər bir ay öncəyə qədər ölkəmizdə meydan sulayırdılar. İndi də həm Qarabağda, həm də Bakıda minlərlə erməni yaşayır. Qərb isə ikiüzlü siyasət yürüdür və bu faktı görmək istəmir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, əgər 10 min erməni Qarabağa dönəcəksə, 10 min azərbaycanlı da Zəngəzura – evinə dönməli və Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir:

“Qərb insan hüquqları demir? – Desin, biz razıyıq. Amma insan haqları yalnız xristianlar və ermənilər üçün deyil, azərbaycanlıların da belə hüquqları var. Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Azərbaycana qarşı hərəkətləri səlib yürüşünü xatırladır, xristian-müsəlman söhbətləri aparırlar. Azərbaycan isə hər zaman dünyəvi olub və olacaq, amma dünyəvilik istəyənlərə”.

Turan Rzayev
Globalinfo.az